Sərbəst güləşçilərin Mahaçqala toplanışı davam edir

ESTAFET/ Sərbəst güləş yığmamız Dağıstanın paytaxtı Mahaçqalada təlim-məşq toplanışını davam etdirir.

Martın 5-dən ölkə xaricində növbəti hazırlıq prosesinə start verən millimiz martın 19-da toplanışı yekunlaşdıraraq vətənə qayıdacaq. Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında keçirilən məşqlərdə həm fiziki, həm də taktiki-texniki hazırlığa diqqət yetirilir. Gələn ay Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışı yerli komandayla birgə baş tutur.

Qeyd edək ki, yunan-Roma güləşi və qadınlardan ibarət millilərimiz qitə birinciliyinə Bakıda hazırlaşır.  

Müəllif: Natiq NƏSİROV