Badmintonçularımız "Orléans Masters 2019" turnirində iştirak edib

ESTAFET/ Fransanın Orlean şəhərində badminton üzrə "Orléans Masters 2019" turnirinə yekun vurulub. "BWF World Tour Super 100" seriyalı turnirdə ölkəmizi Ezmi Qovimuramadhoni və Edi Reski Dviçayo təmsil edib. Mübarizəyə təsnifat mərhələsindən başlayan Ezmi Qovimuramadhoni ilk görüşündə bolqarıstanlı Daniel Nikolova 0:2 (9-21,11-21) hesabı ilə uduzub. Yarışa əsas mərhələdən qoşulan Edi Reski Dviçayo isə 1/32 finalda Malayziya badmintonçusu Goh Giap Çinə 0:2 (9-21,16-21) hesabı ilə məğlub olub. Edi-Ezmi tandemi kişilərin qoşa yarışında 1/16 finalda Yaponiya təmsilçiləri Koqa Akira - Saito Taiçi cütünə 0:2 (8-21,12-21) hesabı ilə uduzub. 

Müəllif: Məsim MƏSİMZADƏ