Ağırlıqqaldıranlarımız Avropa çempionatında iştirak edəcək

ESTAFET/ 6-13 aprel tarixlərində Gürcüstanın Batumi şəhərində kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. 42 ölkədən 401 atletin (187 qadın və 214 kişi) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzləri də mübarizəyə qoşulacaq. Asif Məmmədovun rəhbərliyi altında körpücük üzərinə qalxacaq millimizin heyəti aşağıdakı kimidir:

Kənan Xəlilov (73 kq), Kənan Əliquliyev (81 kq), Nailxan Nəbiyev, Kamran İsmayılov (hər ikisi - 96 kq), Əliş Nəzərov (102 kq). 

Müəllif: Natiq NƏSİROV