"Zirə"nin 200-cü qolu

ESTAFET/ “Zirə” klubu tarixində 200-cü qolu vurub. Yubiley qolu Premyer Liqanın XXIII turuna təsadüf edib.

“Bakcell Arena”da “Neftçi” ilə qarşılaşan “qartallar”ın bu oyunda (2:4) vurduğu ikinci qol yubiley xarakteri daşıyıb. Bu topa penaltini dəqiq yerinə yetirən Mfo Kqasvane imza atıb.

2014-cü ildə yaradılan “Zirə” indiyədək 161 oyun keçirib. Bu matçlarda 200 qol vuran komandanın orta məhsuldarlığı 1,24-ə bərabərdir.

Bu qollardan 125-i Premyer Liqa, 55-i Birinci divizion, 15-i Azərbaycan kuboku, 5-i UEFA Avropa Liqasına təsadüf edib. “Qartallar” evdə 110, səfərdə 90 dəfə fərqlənib.

1-ci qol
07.09.2014. Birinci divizion. “Zirə” – MOİK – 1:0
Aslan Hüseynov, 48

50-ci qol
23.05.2015. Birinci divizion. “Göyəzən” – “Zirə” – 0:6
Elnur Abdulov, 90

100-cü qol
15.05.2016. Premyer Liqa. “Zirə” – “Kəpəz” – 2:2
Elvin Məmmədov, 69

150-ci qol
14.10.2017. “Zirə” – “Kəpəz” – 3:0
Riçard Qadze, 76

200-cü qol
06.04.2019. Premyer Liqa. “Neftçi” – “Zirə” – 4:2
Mfo Kqasvane, 80 

Müəllif: Orxan NOVRUZOV