Lionel Messi 600-ə çatdı

ESTAFET/ “Barselona” Çempionlar Liqasının yarımfinalının ilk oyununda “Liverpul”u 3:0 hesabıyla məğlub edib. Sözügedən qarşılaşma Kataloniya təmsilçisinin lideri Lionel Messi üçün əlamətdar olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Liverpul”la qarşılaşmada dubla imza atan Messi, “Barselona” formasıyla vurduğu qolların sayını 600-ə çatdırıb.

“Liverpul”la “Barselona” arasındakı cavab oyunu mayın 7-də keçiriləcək. 

Müəllif: Estafet.az