"Finalda "Sumqayıt"a azarkeşik edəcəm": Samir Abasov

ESTAFET/ "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Sumqayıt"la 3:3 hesablyla nəticələnən cavab görüşündən sonra mətbuat konfransı keçirib. 41 yaşlı mütəxəssis əvvəlcə oyun haqda danışıb.

 

- Bu gün oynayan bir komanda vardı. Əfsuslar olsun ki, finala digər komanda çıxdı. Futbolçular hər şeyi super etdilər. Həddən artıq istəkli idik. Ancaq "yediyimiz" ilk qol bizi balansdan saldı. Sonra ardıcıl 2 qol buraxdıq. İkinci hissədə 3 qol vurduq, bəlkə vaxt çatmadı ki, 4-cü qolunu vuraq. Həyat qurtarmır, bu, son deyil. Bu cür oynasaq, bəzi dəyişiklik olsa, yaxşı komandamız var. Bu mövsümü bir az uğursuz saya bilərik. Futboçulara bir söz demək həm gecdi, həm də haqqımız çatmır. Paltardəyişmə otağımızda necə sükutdu...

 

- İkinci dəfədi yarımfinala komandanız çıxa bilmir. Ötən il "Sumqayıt", bu dəfə "Zirə"...

- Bundan sonra finalda "Sumqayıt"a azarkeşik edəcəm. Bu komanda mənə doğmadı. O vaxtkı "Sumqayıt"la indiki arasında fərq var. İndiki heç nəyə iddia etmir. Ancaq onda avrokubokalra oynayırdıq, iki "cəhbə"də mübarizə aparırdıq. Arzum budur ki, kuboku "Sumqayıt" götürsün.

 

- "Sumqayıt"da legionerlərin olmamasından gileylənirdiniz, indisə 12 legionerlə oynadınız. Ancaq nəticə qazanmadınız...

- Mən "Zirə"yə gələndə komanda son yerdə idi. Borcun burdan çıxarmaq idi. Bugünkü oyun bizə gələcəyə ümid verir. Komanda qurmaq üçün vaxt lazımdı. Qışda gələn legionerlər bizə sonradan qoşuldu ki, bu da təsirini göstərdi. Şəraitdən, durumdan tam razıyam. Vaxt versələr, uğurlu gələcək ola bilər..

 

- "Sumqayıt" üzərində bu çempionatda qazandığınız 3 qələbəni bugünküylə dəyişərdiniz?

- Bu gün 3:3 hesabı daha da xoşagələndi. Dəyişə biləcəyim bir şey yoxdu.

 

- Bilal Həmdiyə Pərdis Fərzad Azadı əsas heyətdə meydana buraxmadığına görə indi təəssüf hissi keçirirsiniz?

- Yox. Bilalı ilk dəqiqələrdən buraxsaydım, haqsızlıq edərdim. Çünki zədədən yeni çıxmışdı. O, meydana yarımcanlı çıxmışdı.

 

- UEFA səfər qolunu ləğv etməyi müzakirə edir. Bu gün də səfər qoluyla kənarda qaldınız. Siz bu haqda nə düşünürsünüz?

- Kaş UEFA qərar versəydi, bunu bu oyundan əvvəl edərdi (gülür).

 

- Sizcə, rəhbərlik sizə vaxt verəcək? Çünki mövsümdə nəticə qazana bilmədiniz...

- Bu, rəhbərliyə aid sualdı. Həddən artıq ümidliyəm. Əlbəttə, yayda dəyişiklikləır olacaq. Hara getsəm, rəhbərliklə vaxt haqda danışıram. Təkəbbürlük olmasın, "Zirə"nin oyununda nəsə yaxşılıq var.

 

- İsmayıl Fofananı milliyə layiq görmüşdünüz. Ancaq bu futbolçunu artıq 34-cü dəqiqədə əvəzlədiniz. Millimiz bu qədər zəifdi kİ, ilk hissə bitməmiş əvəzləmnən futbolçunu namizəd görürsünüz?

- Bunu deyəndə, jurnalistlərlə sadəcə, zarafatlaşdıq. Burda nə Fofanalıq bir şey var, nə də mənlik. İsmayıdan razıyam. Sadəcə, onu dəyişməklə iki hücumuyla keçdik. 

Müəllif: Bəhruz MƏMMƏDOV