İlk günün qalibləri müəyyənləşdi - Böyük Dəbilqə

ESTAFET/ Heydər Əliyev adina İdman Sarayında keçirilən Bakı “Böyük dəbilqə” turnirində ilk günün qaliblərinin adına aydınlıq gəlib.

Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə yarışın gümüş medalını qazanıb. 66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Moldova təmsilçisi Denis Vieru ilə görüşdən məğlub ayrılıb.

İlk yarış günündə kişilər 60 kq və 66 kq, qadınlar isə 48 kq, 52 kq v ə 57 kiloqram çəkidə mübarizə aparıb.

Qadınların yarışında İspaniya təmsilçisi Laura Martinez (48 kq), fransalı Amadine Buçxard (52 kq) və Braziliya idmançısı Rafaela Silva (57 kq) qalib olub.

Kişilərdən isə braziliyalı Felipe Kitadai (60 kq) və moldovalı Denis Vieru qızıl medala sahib olublar.

Qeyd edək ki, 56 ölkədən 431 cüdoçunun yarışdığı turniriə mayın 12-də yekun vurulacaq. 

Müəllif: Natiq NƏSİROV