Azərbaycan çempionatına qeydiyyat başlandı

ESTAFET/ 3-4 iyun tarixlərində Azərbaycan Texniki Universitetinin İdman Sarayında qılıncoynatma üzrə Azərbaycan çempionatı keçiriləcək. Çempionatda iştirak etmək istəyən idmançılar yarışın əsasnaməsi ilə tanış olduqdan sonra sifariş vərəqəsini dolduraraq mayın 15-dək Azərbaycan Qılıncoynatma Federasiyasına təqdim etməlidirlər. 

Müəllif: Bəhruz MƏMMƏDOV