Bakı birinciliyinin qalibləri müəyyən edildi

ESTAFET/ Mayın 5-də ADBTİA-nın basketbol arenasında Bakı şəhəri açıq birinciliyinin qalibləri müəyyən edən həlledici oyunları keçirildi.

U16, U14 yaş qrupunda (qızlar) "Neftçi İK" İB-1 və Təhsil RİOEUGİM-2/2 komandaları zəfər çaldılar. Oğlanlarda isə (U12) Təhsil RİOEUGİM 2/2 yetirmələri birinci yeri tutdu.

Sevindirici haldır ki, ilk dəfə Bakı şəhəri açıq birinciliyində iştirak edən Gəncənin 1 saylı UGİŞ məktəbinin komandası (U14 qızlar) bu yarışın bürünc medallarını qazandı. 

Müəllif: Bəhruz MƏMMƏDOV