Son turun ən yaxşısı Xulio Sezar Rodriqez oldu
ESTAFET/ “InStat”ın təhlilinə əsasən futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XXVIII turunun ən yaxşı futbolçusu məlum olub. Bu, “Zirə”nin hücumçusu Xulio Sezar Rodriqezdir. Paraqvaylı futbolçu “Sabah”a qarşı görüşdə 90 dəqiqə meydanda olub və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Araşdırmalara əsasən Xulio Sezar Rodriqez turun ən yaxşı indeksə malik futbolçusudur.