"Latsio" İtaliya kubokunun qalibi oldu

ESTAFET/ Futbol üzrə İtaliya Kubokunun qalibi müəyyənləşib. Həlledici oyunda “Latsio” ilə “Atalanta” qarşılaşıb.

İki cavabsız qolla qalib gələn paytaxt təmsilçisi turnirin baş mükafatına sahib çıxıb. Bu, “Latsio”nun İtaliya kubokunda 7-ci belə uğurudu.

İtaliya kuboku, 2018/2019 mövsümü
Final oyunu

15 may 2019

Latsio – Atalanta 2:0
Qollar: Milinkoviç-Saviç 82, Korrea 90

Müəllif: Natiq NƏSİROV