Şarapova "Rolan Qarros"dan çəkildi

ESTAFET/ Rusiyalı məşhur raketka ustası Mariya Şarapova qarşıdan gələn nüfuzlu "Rolan Qarros" turnirində iştirak edə bilməyəcək. O, bu qərarını çiynindəki zədə ilə əlaqələndirib.

Şarapova "Instagram" hesabında bununla bağlı paylaşım edib. "Rolan Qarros"da iştirak edə bilməyəcəm. Bəzən doğru qərar qəbul etmək heç də asan olmur. İşin yaxşı tərəfi: artıq məşqlərə başlamışam və yavaş-yavaş çiynim əvvəlki formasına qayıdır" - deyə 32 yaşlı tennisçi qeyd edib.

Şarapova 2012 və 2014-cü illlərdə Açıq Fransa Çempionatı kimi də bilinən "Rolan Qarros"un qalibi olub.

"Böyük dəbilqə" turniri olan "Rolan Qarros" 26 may - 9 iyun tarixlərində keçiriləcək. 

Müəllif: Natiq NƏSİROV