Kənan mübarizəni 1/64-də dayandırdı

ESTAFET/ Şpaqaçımız Kənan Əliyev Fransanın Paris şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında iştirak edib.

Kənan qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vurmaqla turnirin pley-off mərhələsinə adlayıb. Bu mərhələdə keçirdiyi ilk görüşündə Misir idmançısı Ayman Fayezə 15:11 hesabı ilə qalib gələn şpaqaçımız 1/64 finalda Çex Respublikası təmsilçisi Martin Capekə 13:15 hesabı ilə uduzub. 

Müəllif: Natiq NƏSİROV