Yunan-Roma güləşçilərimizin Göygöl toplanışı davam edir

ESTAFET/ Yunan-Roma güləşi üzrə yığmamız mayın 20-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir.

İyunun 1-dək davam edəcək TMT iyunda Belarusda keçiriləcək II Avropa Oyunlarına və sentyabrda Qazaxıstanda təşkil olunacaq lisenziya xarakterli dünya çempionatına hazırlıq xarakteri daşıyır. Millimiz baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında gündə 3 dəfə fiziki və taktiki-texniki hazırlıq üzərində çalışır. Toplanışda 20-dən artıq güləşçi iştirak edir. 

Müəllif: Orxan NOVRUZOV