Yeniyetmə qızların Krivoy-Roq toplanışı davam edir

ESTAFET/ Xəbər verdiyimiz kimi, yeniyetmə qızlardan ibarət güləş yığmamız Ukraynada təlim-məşq toplanışı keçir.

Mayın 14-dən Krivoy-Roq şəhərində hazırlığa başlayan millimiz mayın 26-da vətənə qayıdacaq. Böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında 7 yeniyetmə güləşçi qarşıdakı məsul yarışlara hazırlığı davam etdirir. Yerli güləşçilərlə birgə baş tutan toplanışda həm fiziki, həm də taktiki-texniki məşqlər keçirilir.

Qeyd edək ki, TMT gələn ay İtaliyada keçiriləcək Avropa çempionatına və iyulda ölkəmizdə təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır. 

Müəllif: Məsim MƏSİMZADƏ