Alonso iş yerini dəyişdi

ESTAFET/ “Real”ın U-13 komandasını çalışdıran Xabi Alonsonun yeni iş yeri məlum olub. İspan mütəxəssis “Real Sosyedad” klubunun ikinici komandasına baş məşqçi təyin olunub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Alonso ilə 2 illik müqavilə imzalanıb.

Xabi, 1999-2004-cü illər aralığında “Real Sosyedad”da forma geyinib. Daha sonra “Liverpul” və “Real”da çıxış edən Alonso, 2017-ci ildə “Bavariya”da futbolçu karyerasını bitirib.

37 yaşlı mütəxəssis 2018-ci ilin avqustunda “Real”ın U-13 komandasına baş məşqçi təyin olunmuşdu. 

Müəllif: Orxan NOVRUZOV