Azərbaycan çempionatında ən güclü şpaqaçılar müəyyənləşib

ESTAFET/ Dünən Azərbaycan Texniki Universitetinin İdman Sarayında qılıncoynatma üzrə Azərbaycan çempionatına start verilib.
Azərbaycan Qılıncoynatma Federasiyası ilə Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışın ilk günündə kişi və qadın şpaqaçılar arasında qaliblər müəyyənləşib:
Kişilər:
1.Kənan Əliyev
2.Xalid Əliyev
3.Barat Quliyev, Fərrux Səfərov
Qadınlar:
1.Elmira Xudaverdiyeva
2.Azərin İdriszadə
3.Alfiyə Abdinova, əryəm Sadıxova
Qaliblər diplom və medallarla təltif olunublar. Bundan əlavə ilk 3 yerin sahiblərinə AQF tərəfindən pul mükafatları təqdim olunub. Qılıncoynatma üzrə Azərbaycan çempionatına sabah sablyaçıların mübarizəsindən sonra yekun vurulacaq.
