Şəhanə Nəzərova çıxışını başa vurdu

ESTAFET/ İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.

Yarışın 3-cü günündə qadınlar mübarizəyə qoşulub. Ölkəmiz adından bu gün xalça üzərinə yalnız Şəhanə Nəzərova çıxıb. Gənclər arasında debüt edən güləşçimiz ilk görüşdə parlaq qələbə qazanıb. Nəzərova 1/8 finalda bolqar həmkarını vaxtından əvvəl məğlub edib. Ancaq Şəhanə 1/4 finalda Rusiya təmsilçisinə uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün həmyerlimiz iyunun 6-da təsəlliverici görüşə çıxıb və finlandiyalı güləşçiyə yenilib.

50 kq
1/8 final: Şəhanə Nəzərova - Petya Zarkova Delçeva (BUL) 11:0
1/4 final: Şəhanə Nəzərova - Darya Xvostova (RUS) 0:10
Təsəlliverici görüş: Şəhanə Nəzərova - Taro Marketta Vainionpaeae (FİN) 6:8 

Müəllif: Natiq NƏSİROV