Karateçilərimiz Şanxayda döyüşəcəklər

ESTAFET/ Milli komandamız həftəsonu Çinin Şanxay şəhərində mövsümün 4-cü Karate1 Premyer Liqa turnirində iştirak edəcək.

Mötəbər rəsmi yarışda Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Asiman Qurbanlı (+84 kq) eləcə də Ayxan Mamayev, Turqut Həsənov və Pənah Abdullayev (üçü də 84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata) və İrina Zaretska (68 kq) mübarizə aparacaq.

Komanda ilə birgə olan kumite üzrə baş məşqçi Bahəddin Kandaz, böyük məşqçi Qurban Tağıyevdən başqa beynəlxlaq hakimlər Cahangir Babayev və Vüqar Kərimov isə yarışı idarə edən referilər arasında olacaq. Nümayəndə heyətinə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov rəhbərlik edir.

Milli komanda 11 iyunda Bakıya dönüb 2-ci Avropa Oyunlarına hazırlıqları davam etdirəcək.  

Müəllif: Natiq NƏSİROV