"Azerbaijan International 2019" turnirində ikinci gün

ESTAFET/ “Azerbaijan International 2019” turnirində ikinci yarış gününə start verilib. 5 kateqoriya üzrə keçirilən yarışın ikinci günündə saat 09:00-12:00-a kimi təsnifat, ardınca əsas mərhələnin görüşləri keçiriləcək.

39 ölkədən 248 badmintonçunun yarışdığı turnirdə bu gün 1/32 final mərhələsinin görüşləri keçirilir.

Turnirin bütövlükdə gedişatını Avropa Badminton Konfederasiyasının rəsmi youtube kanalı vasitəsilə canlı izləmək mümkündür (https://www.youtube.com/watch?v=GhCCuXvO5XA).

Nəticələri isə onlayn olaraq Dünya Badminton Federasiyasının rəsmi saytında izləmək olar (https://bwf.tournamentsoftware.com/sport/matches.aspx?id=7EC3BC45-5553-469B-B74A-00E3ADC3391D). 

Müəllif: Məsim MƏSİMZADƏ