Final ispanlara tapşırıldı - Millətlər Liqası

ESTAFET/ Futbol üzrə UEFA Millətlər Liqasında Portuqaliya ilə Hollandiya arasında keçiriləcək final matçına təyinatlar məlum olub. Qitənin ali futbol qurumunun rəsmi saytında verilən xəbərə görə, oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Alberto Undiano Malyenko olacaq. Ona Roberto Alonso Fernandes və Xuan Karlos Yuste Ximenes kömək edəcək. VAR hakimi Alexandro Hernandes və Xuan Martines olacaq. Dördüncü hakim funksiyasını isə Antonio Mateu Laos yerinə yetirəcək.

İyunun 9-da keçiriləcək Portuqaliya – Hollandiya matçına saat 22:45-də start veriləcək. 

Müəllif: Natiq NƏSİROV