“Şaxtyor”da yeni baş məşqçi

ESTAFET/ Ukraynanın “Şaxtyor” futbol klubunun yeni baş məşqçisi məlum olub. Donetsk təmsilçisi Luis Kastroya tapşırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Baş məşqçi karyerası ərzində “Portu”, “Rio Ave” kimi klublarda çalışan Kastronun son iş yeri Portuqaliyanın “Gimaraynş” komandası olub.

“Şaxtyor”u son mövsümdə çalışdıran Paulo Fonseka bir müddət əvvəl “Roma” ilə 2+1 illik müqavilə imzalayıb. 

Müəllif: Orxan NOVRUZOV