“Qarabağ”ın potensial rəqibi də məlum oldu

ESTAFET/ Xəbər verdiyimiz kimi, bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb. Azərbaycanın turnirindəki yeganə təmsilçisi “Qarabağ”ın da bu mərhələdə qarşılaşa biləcəyi potensial rəqibi məlum olub.

ÇL-in 1-ci təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq “Qarabağ” bu püşkatmada da səpələnmişlər səbətində yer alıb.

İlk mərhələni keçəcəkləri təqdirdə, ağdamlılar 2-ci təsnifat mərhələsində “Dandolk” (İrlandiya) - “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək. 2-ci raundun matçları isə 23-24 iyul və 30-31 iyul tarixlərində olacaq. 

Müəllif: Orxan NOVRUZOV