Rahil Məmmədli mübarizəni dayandırdı - Minsk 2019

ESTAFET/ Azərbaycan yığmasının daha bir boksçusu II Avropa Oyunlarında mübarizəyə qoşulub. Belarusun paytaxtı Minskdə keçirilən turnirdə Rahil Məmmədli (91 kq) ilk qarşılaşmasına çıxıb.

1/16 final çərçivəsində baş tutan qarşılaşmada təmsilçimiz bolqarıstanlı Radoslav Panteleyevlə üz-üzə gəlib. Döyüşdən məğlub ayrılan boksçumuz Avropa Oyunlarında mübarizəni dayandırıb.

Qeyd edək ki, bunadək rinqə çıxan Tayfur Əliyev 1/8 finala adlayıb. 

Müəllif: Orxan NOVRUZOV