Çələbiyev 1/4 finalda: Minsk 2019

ESTAFET/ Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarında 1/8 final görüşləri davam edir. “Uruçye Arena”da rinqə öncə 60 kq çəki dərəcəsində mübarizə aparan kişi boksçular çıxıb.

Azərbaycan yığmasının heyətində Cavid Çələbiyev də növbəti döyüşünü keçirib.

O, Moldova təmsilçisi Dorin Buksa ilə qarşılaşıb. 5:0 hesablı qələbə qazanan təmsilçimiz 1/4 finala yüksəlib.

Dünya çempionumuz 1/4 final döyüşünü iyunun 26-da keçirəcək. Boksçumuz Cordan Rodrigesi (Fransa) məğlub edən Otar Eranosyanla (Gürcüstan) üz-üzə gələcək.

Qeyd edək ki, C.Çələbiyevə qədər Rüfət Hüseynov (49 kq) və Lorenso Sotomayor (69 kq) da 1/4 finala yüksəlib. 

Müəllif: Estafet.az