Şahsuvarlı Oyunlarla vidalaşdı: Minsk 2019

ESTAFET/ Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boksçuların mübarizəsi davam edir. Üçüncü yarış günündə Azərbaycan millisinin daha bir idmançısı rinqə çıxıb.

75 kq çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı 1/8 finalda qüvvəsini sınayıb. Boksçumuz “Uruçye Arena”da baş tutan yarışda Maykl Nevinlə (İrlandiya) görüşüb. O, qarşılaşmadan məğlub ayrılaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, K. Şahsuvarlı ilk qarşılaşmasında Giorgi Harabadzeyə (Gürcüstan) qalib gəlib. 

Müəllif: Natiq NƏSİROV