Dominqes 1/8 finala yüksəlib: Minsk 2019

ESTAFET/ Azərbaycan millisinin daha bir boksçusu Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə start verib. 81 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominqes 1/16 final qarşılaşmasını keçirib.

Milli üzvü Stepan Hrekul (Ukrayna) ilə görüşüb. Boksçumuz 3:0 hesabı ilə qalib gəlib.

1/8 finalda rəqibi Belarus təmsilçisi Mixail Dauhalyavets olacaq. Bu qarşılaşma iyunun 25-də baş tutacaq. 

Müəllif: Orxan NOVRUZOV