Sotomayordan erməni üzərində inamlı qələbə: Minsk 2019

ESTAFET/ Belarusda keçirilən II Avropa Oyunlarının boks yarışlarında ikinci günün döyüşlərinə start verilib. Bu gün Azərbaycan yığmasının daha bir boksçusu mübarizəyə başlayıb.

Rio Olimpiadasının gümüş medalçısı Lorenzo Sotomayor (69 kq) 1/16 final görüşünü keçirib. O, Qurqen Madoyanla (Ermənistan) üz-üzə gəlib. Boksçumuz erməni rəqibi üzərində inamlı qələbə qazanıb – 5:0.

Qeyd edək ki, L.Sotomayor 1/8 finalda Maqomed Şaçidova (Almaniya) 3:2 hesabı ilə qalib gələn Adem Fetahoviçlə (Bosniya və Herseqovina) görüşəcək. 

Müəllif: Natiq NƏSİROV