Badmintonçumuz 1/8 final görüşünü keçirib: Minsk 2019

ESTAFET/ Badmintonçumuz Ezmi Qovimuramadhoni Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında 1/8 final oyununa çıxıb. Bu mərhələdə idmançımızın rəqibi reytinqinə görə qitə çempionatının ən güclü 3-cü badmintonçusu sayılan hollandiyalı Mark Kaljou olub. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüş 3 set davam edib. Ezmi güclü rəqibinə 1:2 (12-21,21-17,14-21) hesabı ilə uduzub. 

Müəllif: Orxan NOVRUZOV