“Zirə”nin yoxlama oyunlarının başlama saatları açıqlandı

ESTAFET/ “Zirə”nin yoxlama oyunlarının başlama saatı məlum olub. Klubun mətbuat xidmətinin məlumatına görə, iyulun 6-da “Əlincə Arena”da “Sabah”la keçiriləcək matç saat 18:30 start götürəcək.

İyulun 13-də “Keşlə” ilə Zirə İdman Kompleksindəki görüşə isə 18:00-da start veriləcək.

Qeyd edək ki, avrokuboklara vəsiqə qazanmayan sözügedən klublar hazırda ölkə daxilində hazırlıq keçirlər. 

Müəllif: Orxan NOVRUZOV