Gənclər Liqasında ikinci bürünc medal

ESTAFET/ Azərbaycan karateçiləri Xorvatiyanın Umaq şəhərində Dünya Karate Federasiyasının (WKF) Gənclər liqası turnirində daha bir medal qazanıblar.

12-18 yaşlı uşaq, yeniyetmə və gənc karateçilər arasında nüfuzlu yarışın ikinci günü Sultan Hüseynov 16-17 yaşlı gənclərdə (-55 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Bununla da Gənclər liqasında mükafatların sayı ikiyə çatıb. Bir gün əvvəl 14-15 yaşlı yeniyetmələrin yarışında Ramil Baxşəliyev (-52 kq) eyni nəticəni göstərmişdi.

5-7 iyul tarixlərində mövsümün ikinci Gənclər liqası turnirinin son günündə daha bir neçə idmançımız yarışa qatılacaq. Onların arasında öz çəki dərəcələrinin favoritləri də var.  

Müəllif: Natiq NƏSİROV