Misir mübarizəni dayandırdı

ESTAFET/ Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. İkinci oyun günündə daha iki görüş baş tutub.

Öncə Nigeriya və Kamerun yığmaları qarşılaşıb. Beş qolun qeydə alındığı qarşılaşmada çətin qələbəyə sevinən nigeriyalılar növbəti mərhələyə vəsiqə qazanıblar.

Günün digər oyunu Misir və CAR yığmaları arasında baş tutub. Minimal hesabla qalib gələn CAR futbolçuları əsas favoritlərdən olan Misiri sıradan çıxarmaqla 1/4 finala vəsiqə əldə ediblər.


Afrika Millətlər Kuboku
1/8 final mərhələsi

5 iyul 2019

Mərakeş - Benin 1:1 (pen. 1:4)
Qollar: En-Nesiri 76 : Adilehu 53


Uqanda – Seneqal 0:1
Qol: Mane 15


6 iyul 2019

Nigeriya – Kamerun 3:2
Qollar: İqalo 19, 63, İvobi 66 : Bahoken 41, Njie 44


Misir - CAR 0:1
Qol: Lorç 85

Müəllif: Estafet.az