"Neftçi"nin səfər oyunu öncəsi mətbuat konfransı və açıq məşqi

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 25-i Bakı vaxtı ilə saat 21:00-da "Arsenal” mərkəzi stadionunda keçiriləcək "Arsenal” – "Neftçi” oyunu öncəsi komandamızın baş məşqçisi Roberto Bordinin və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir iyulun 24-ü "Arsenal” mərkəzi stadionunun mətbuat zalında keçiriləcək və Bakı vaxtı ilə saat 18:30-da başlanacaq. Konfransdan sonra, saat 19:00-da isə komandamızın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.

 

Həmin gün saat 18:00-da "Arsenal”ın bazasında rəqib komandanın jurnalistlər üçün açıq (ilk 15 dəqiqəsi) məşqi, 20:00-da isə mətbuat konfransı olacaq. 

Müəllif: Natiq NƏSİROV