Cavad Ağayevdən qızıl medal

ESTAFET/ Azərbaycanın və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb. İdmançımız İordaniyanın paytaxtı Ammanda keçirilən beynəlxalq turnirdə fərqlənib. O, bu gün start götürən G1 kateqoriyalı “El-Hassan Cup” turnirində mübarizə aparıb. 68 kq çəki dərəcəsində çıxış edən Cavad ilk mərhələdən azad olub. Ardınca Oman, İordaniya və BƏƏ-dən olan rəqiblərinə qalib gələn Ağayev finala yüksəlib. Həlledici görüşdə Livan təmsilçisi Obalda Fərəc ilə görüşən taekvondoçumuz ardıcıl 4-cü qələbəsini qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, “Prince Hamzah Hall”da keçirilən və 883 taekvondoçunun qatıldığı yarış üç gün davam edəcək. 

Müəllif: Natiq NƏSİROV