Qazaxda yubiley turniri keçirilib

ESTAFET/ Qazax Olimpiya İdman Kompleksində Gənclər və İdman nazirliyinin yaranmasının 25 illik yubileyinə həsr olunmuş karate üzrə açıq turnir və seminar keçirilib.

Qazax, Ağstafa, Gəncə, Bərdə və paytaxtın rayonlarını təmsil edən komandalar iştirakı ilə tədbirin açılış mərasimində Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək, karate olimpiya idman növünün bölgələrdə də inkişafına nail olunması üçün işlərin müsbət nəticə verdiyini bildiriblər.

Yarışda fərqlənən idmançılar Azərbaycan Milli Karate Federasiyası və Qazax rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunub.  

Müəllif: Natiq NƏSİROV