Dünya çempionatında daha üç qız güləşçimiz mübarizə aparıb

ESTAFET/ Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir. Dördüncü yarış günündə üç güləşçimiz mübarizə aparıb. 

Gültəkin Şirinova ukraynalı güləşçiyə qalib gəlsə də, Meksika idmançısıyla bacarmayıb. Elnurə Məmmədova ilk görüşdə Qırğızıstan təmsilçisinə məğlub olub. Firuzə Məcidova debütdə macar rəqibinə uduzub.

46 kq
1/8 final: Gültəkin Şirinova - Olqa Padoşik (UKR) 10:0
1/4 final: Gültəkin Şirinova - Adriana Berenis Hermandes (MEX) 5:8

53 kq
Təsnifat: Elnurə Məmmədova - Kalmira Blimbekqızı (KGZ) 5:9

61 kq
Təsnifat: Firuzə Məcidova - Adrian Bereş (HUN) 5:8 

Müəllif: Natiq NƏSİROV