AFFA Region Liqası üçün qeydiyyata start verir

ESTAFET/ AFFA-nın Region Liqasının 2019-20 mövsümünün qeydiyyat mərhələsinə start verir. Qeydiyyat sabahdan etibarən başladılacaq.

Proses sentyabrın 15-dək davam edəcək. Qeydiyyatdan keçmək istəyən komandalar müraciət ərizələrini regionliqası@affa.az ünvanına göndərə bilər. 7 gün ərzində Region Liqasının İşçi Qrupu tərəfindən müraciətlər cavablandırılacaq.

Müraciət ərizəsində komanda rəhbərliyi və ya təmsil etdiyi qurum tərəfindən stadion, təhkükəsizlik, ev oyunlarına təcili tibbi yardım ayrılması və səfər oyunlarına nəqliyyatın təmini ilə əlaqədar zəmanət verilməlidi. 

Müəllif: Natiq NƏSİROV