Azərbaycan Premyer Liqasının püşkü atılıb

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, elita klublarının nümayəndələri, jurnalistlər, futbol ictimaiyyəti iştirak etdilər. İlk turu 16-17-18 avqust tarixlərdə keçiriləcək yeni mövsümün startda üz-üzə gələcək komandaları aşağıdakı kimidir:

16-17-18 avqust 2019

“Neftçi”–“Sabah”
“Səbail”–“Zirə”
“Qəbələ”–“Sumqayıt”
“Keşlə”–“Qarabağ” 

Müəllif: Natiq NƏSİROV