Yeni rəhbər yeni mövsümün yeniyenilikləri haqda

ESTAFET/ Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. Mərasimdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, elita klublarının təmsilçiləri, jurnalistlər, futbol ictimaiyyətinin digər nümayəndələri iştirak etdilər.

Tədbiri çıxış edən qurumun Texniki-idman Departamentinin rəhbəri Elgiz Abbasov yeniliklərlə bağlı məlumat verib:

“Hər kəsi salamlayıram. Bu mövsümdən çempionatımızda bir sıra yeniliklər tətbiq olunacaq. Oyun protokolları elektron qaydada təqdim ediləcək. Artıq oyundan əvvəl komandaların oyunun protokolunda səhv etməsi mümkün olmayacaq, sistem doldurulanda limit pozulsa, avtomatik olaraq protokol qəbul edilməyəcək. Bütün komandalara oyun günü planı göndərmişik. Oyun günü planını lazımı yerlərə qoymağınız məcburidir. Klublarımızın təklifləri əsasında yeni əsasnaməmizə dəyişikliklər etmişik. A buraxılışı ilə bağlı da yeniliyimiz var və bu ondan ibarətdir ki, 2019/2020 mövsümündən sənədin üzərində sahibinin şəkli də olacaq və A buraxılışı başqalarına verilə bilməyəcək.” 

Müəllif: Məsim MƏSİMZADƏ