Lukaku Belçika klubunda məşqlərə başladı

ESTAFET/ “Mançester Yunayted”dən ayrılacağı gözlənilən Romelu Lukaku Belçikanın “Anderlext” klubu ilə məşqlərə başlayıb. “Qırmızı şeytanlar”ın təlim-məşq toplanışına aparılmayan Lukaku, “Mançester Yunayted”dən ayrılmaq niyyətindədir.
“Qırmızı şeytanlar”ın icazəsi olmadan “Anderlext”in gənclərdən ibarət komandasıyla məşq edən hücumçunun cəzalandırılacağı gözlənilir.

Lukaku ilə “Yuventus” və “İnter” klubları yaxından maraqlanır.

Mənbə: Sport24.az 

Müəllif: Orxan NOVRUZOV