Bu dəfə “Qarabağ” Kipri susdurdu

ESTAFET/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə start verilib. Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxırdı.

Qurban Qurbanovun çalışdırdığı kollektiv səfərdə Kipr APOEL-i ilə üz-üzə gəlib. Ağdam klubu bir həftə sonra Bakıda baş tutacaq cavab oyunu öncəsi səfərdən sərfəli nəticə ilə qayıtmağı hədəfləmişdi. 

Oyunun gedişində ilk hissədə komandalar qapılara yol tapa bilməyiblər. 54-cü dəqiqədə rəqibi cəzalandıran "Qarabağ" 16 dəqiqə sonra kiprliləri ikinci dəfə meydana başlamağa məcbur edib. Oyun son saniyələrində meydan sahibləri qollardan birinin əvəzini çıxmağı bacarıblar. 

Qeyd edək ki, “Qarabağ” Kipr təmsilçisini mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.


UEFA Çempionlar Liqası, 2019/2020 mövsümü
III təsnifat mərhələsi, ilk oyun

6 avqust 2019

APOEL - Qarabağ  1:2

Qollar: Giorgis Merkis 90+5 : Mahir Əmrəli 54, Maqaye Qeye 70
Hakimlər: David Massa, Fabiano Preti, Alberto Teqoni, Rosario Abisso (hamısı İtaliya).
Nikosiya. GSP stadionu.

APOEL: 27. Vid Belets, 6. Savvas Gentoğlu, 10. Tomas De Vinsenti (k), 11. Musa Süleyman, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praksitelis Vuros, 30. Giorgos Merkis, 44. Nikolas Yannu, 70. Antonio Yakoliş, 91. Draqan Mixayloviç.
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 13. Kevin Lyafrans, 71. Andre Vidiqal, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Paolo Trametsani.

Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye.
Baş məşqçi: Qurban Qurbanov. 

Müəllif: Natiq NƏSİROV