APOEL keçmiş futbolçusunu qaytardı

ESTAFET/ APOEL-də Paolo Trametsaninin baş məşqçi vəzifəsindən ayrılması komandanın sabiq futbolçusu Nuno Moraişin qayıtmasına səbəb olub. Kipr mətbuatının verdiyi məlumata görə, portuqaliyalı bundan sonra Nikosiya klubunda çalışacaq.

Bu ilin yayında Trametsaninin qərarı ilə komandadan göndərilən və futbolçu karyerasını bitirən sabiq yarımmüdafiəçiyə yeni vəzifə verilib. Moraiş yeni təyin ediləcək məşqçilər korpusu ilə futbolçular arasında əlaqələndirici rolunu oynayacaq.

Qeyd edək ki, Nuno Moraiş 2007-2019-cu illərdə APOEL-də çıxış edib. 

Mənbə: Matc.az

Müəllif: Məsim MƏSİMZADƏ