"Qarabağ"ın futbolçusu milliyə qaytarıldı

ESTAFET/ "Qarabağ"ın bolqarıstanlı legioneri Simeon Slavçev yenidən Bolqarıstan millisinə çağırılıb. Baş məşqçi Krassimir Balakovun AVRO-2020-nin seçmə mərhələsində İngiltərə ilə oyun üçün dəvət göndərdiyi legionetlər arasında Simeonun da adı var. Yarımmüdafiəçi bir müddətdi millisindən dəvət almırdı.

Qeyd edək ki, İngiltərə - Bolqarıstan görüşü sentyabrın 7-i keçiriləcək. 

Müəllif: Estafet.az