Azərbaycan Respublikasının Milli parkları

ESTAFET/ Milli Parklar - Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmamışdan əvvəl Azərbaycan Respublikasında Milli parklar mövcud olmayıb. 2003-cü ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Akademik Həsən Əliyev adına Ordubad, Şirvan, Ağ göl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci ildə Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə isə Göygöl Milli Parkları yaradılmışdır. 2009-cu il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncami ilə Ordubad Milli Park ərazisi Şahbuz Dövlət Təbiət Qoruğu, Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 ha çatdırılıb. Milli Parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb. Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 5 noyabır tarixli sərəncamı ilə Samur-Yalama Milli parkı yaradılmışdır.


Hazırda milli parklar ölkə ərazisinin 3,7 %-ni təşkil edir.


Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması istiqamətində müvafiq işlər davam etdirilərək, Qızılağac dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək dənizkənarı milli parkının yaradılması nəzərdə tutulmuşdur.