Azərbaycan karateçiləri Rizədə ikinci oldular

ESTAFET/ 23-25 avqust tarixlərində Türkiyənin Rizə şəhərində Qaradəniz və Xəzəryanı ölkələrin növbəti çempionatı keçirilib.

Ənənəvi yarışa 162 idmançı ilə qatılan Azərbaycan karateçiləri 16 qızıl, 14 gümüş və 17 bürünc medalla ümumi hesabda yerli idmançılardan sonra ikinci pilləni tutublar.

Rizə Qapalı İdman Salonunda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında turnirdə 9 ölkədən 57 regionu təmsil edən 158 klubun tərkibində 1506 idmançı mübarizə aparıb. Azərbaycan Milli Karate Federasiyasının, həmçinin Qaradəniz və Xəzəryanı ölkələrin karate federasiyaları təşkilatının prezidenti Yaşar Bəşirov fərqlənən idmançıların mükafatlandırma mərasimində iştirak edib. 

Müəllif: Natiq NƏSİROV