Yeniyetmə tennisçilərimiz Avropa turnirində yüksək nəticələr göstəriblər

ESTAFET/ 13-20 avqust 2019-cu il tarixlərində Macarıstanın Kişkunfeledhaza şəhərində stolüstü tennis üzrə minikadetlər arasında keçirilən turnirdə və təlim-məşq toplanışında milli komandamız ölkəmizi uğurla təmsil edib.

Avropa Stolüstü Tennis Birliyinin və Beynəlxlaq Stolüstü Tennis Federasiyasının Avrotalant «İstedad axtarışı» layihəsi çərçivəsində keçirilən bu turnirə müxtəlif Avropa ölkələrindən qatılan 50-dən artıq idmançı Beynəlxalq dərəcəli münsiflər heyəti qarşısında bilik və bacarıqlarını nümayiş etdirdilər.

Azərbaycanın yeniyetmələrdən ibarət yığması turnirdə 3 oğlan və 3 qız idmançısı ilə təmsil olunub. Qizlar qrup mərhələrindən ən yüksək xal ilə çıxaraq ternirin ilk dördlüyündə qərarlaşıblar. Nürmətova Mərziyyə turnirin ikincisi, Əsgərova Aylin üçüncüsü, Aslanova Arzu isə turniri dördüncü olub.

Oğlanlar isə nisbətən zəif nəticə göstərərək, 32 idmançının qatıldığı yarışda inamlı mübarizə aparıb Eylazov Hüseyn 5-ci, Əhmədzadə Adil isə 6-cı yerlər ilə kifəyətləniblər.

Qeyd edək ki, Avropa Stolüstü tennis Birliyinin İnkişaf proqramının bir hissəsi olan bu turnir və təlim-məşq toplanışlarının məqsədi milli Assosiasiyaların idmançıları arasında ən istedadlı gəncləri seçib onlara dəstək verməkdir. 

Müəllif: Məsim MƏSİMZADƏ