Edi 1/32 finalda mübarizəni dayandırdı

ESTAFET/ Maldiv Respublikasının paytaxtı Male şəhərində "Maldives International Challenge 2019" turnirinə yekun vurulub. Kişilərin şəxsi yarışında turnirə əsas mərhələdən qatılan Edi Reski Dviçayo, 1/32 finalda Xorvatiya badmintonçusu Zvonimir Durkinyakla qarşılaşıb.İki set davam edən qarşılaşmada Edi xorvatiyalı rəqibinə 0:2 (11-21,14-21) hesabı ilə uduzub.

Müəllif: Estafet.az