Qurban Qurbanovun Avropa arenasında 100-cü oyunu

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda “Düdelanj”la keçiriləcək oyun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. Klubun feysbuk səhifəsinin məlumatına görə, 47 yaşlı mütəxəssis Lüksemburqda yubiley görüşünə çıxacaq.

Belə ki, həmin oyun Qurbanovun Azərbaycan çempionunun "sükanı arxası"nda 100-cü avrokubok matçı olacaq. Qurbanovlu "Qarabağ" indiyə qədər Avropa arenasında 39 qələbə, 27 heç-heçə, 33 məğlubiyyətlə yadda qalıb.

Qeyd edək ki, "Düdelanj"la "Qarabağ" arasında oyun oktyabrın 3-də "Jozi Bartel" stadionunda keçiriləcək.

Müəllif: Natiq NƏSİROV