Mixail Malkin Dünya Kubokunda zədələndi

ESTAFET/ 5-6 oktyabr tarixlərində İspaniyanın Valladolid şəhərində batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə Dünya Kuboku keçirilmişdir.

Yarışda ölkəmizi batut gimnastikası və tamblinq üzrə yığma komandanın üzvləri İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov və Mixail Malkin təmsil etmişdir.

Bu kubokda tamlinq üzrə təmsilçimiz Mixail Malkin final hərəkətlərini icra edərkən zədə almışdır və yarışları dayandırmaq məcburiyyətində qalmışdır. Təəssüflər olsun ki, Avropa çempionumuz  zədə səbəbindən 28 noyabr-1 dekabr tarixlərində Yaponiyanın paytaxtı Tokioda keçiriləcək batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə Dünya Çempionatında iştirak edə bilməyəcək.

Batutçularımız isə çıxışları zamanı yol verilmiş səhvlərə görə final mərhələsinə adlaya bilməmişlər.

Müəllif: Orxan NOVRUZOV