Yeniyetmə şpaqaçılarımız “European Cadet Circuit Championships” turnirində çıxış edib

ESTAFET/ Yeniyetmə şpaqaçılarımız Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “European Cadet Circuit Championships” turnirində iştirak edib.

Yeniyetmə oğlanların şəxsi yarışında Raul Aruslanov  6 görüşdən 2-ni qalib başa vurmaqla pley-off mərhələsinə yüksəlməyi bacarıb. Aruslanov bu mərhələdə İtaliya şpaqaçısı Villiam Davidə 5:15 hesabı ilə uduzub. Qrup mərhələsini 2 qələbə ilə bitirən Nazilə Rəhimova qız şpaqaçıların şəxsi mübarizəsində pley-offda ukraynalı Polina Kleşovaya 6:15 hesabı ilə məğlub olub. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 1-də qalib gələn Alfiya Abdinova və Azərin İdriszadə isə mübarizəni erkən dayandırıb. Nazilə Rəhimova, Alfiya Abdinova və Azərin İdriszadədən ibarət kollektiv qız şpaqaçıların komanda yarışında Rusiyanın 3-cü komandasına 26:45 hesabı ilə uduzub.

Müəllif: Natiq NƏSİROV